Banklar


Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda
17.01.2025

Hər il olduğu kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda iştirak edib. Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayaraq 2000-dən çox maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı bir araya gətirib.

Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil ediblər. Qeyd edək ki, bankın əsas öncəliyi daim dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərinə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, xüsusilə aparıcı Avropa və Şərqi Avropa banklarının nümayəndələri ilə görüşüb, beynəlxalq maliyyə bazarlarında baş verən yeni tendensiyalar barədə fikir mübadiləsi aparıblar.

“Euromoney” Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etməsinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə verməsinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.

Bundan əlavə iqtisadi dayanıqlılıq, Ekoloji, Sosial və İdarəetmə (ESİ) təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması, davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına inteqrasiya prosesində Avropa iqtisadiyyatının gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment