Nuranə xanım, tədbirlərin təşkili əlbəttə ki, çox maraqlı bir sahədir, bəs siz niyə bu sahə ilə məşğul olmağa başladınız?
Çox maraqlı və eyni zamanda çox mürəkkəb fəaliyyət sahəsidir, baxmayaraq ki, kənardan çoxları bunun nə dərəcədə çətin olduğunu anlamır. Onu da deyim ki, bu sahə gənc yaşlarımdan məni cəlb etdi, özümdə təşkilatçılıq qabiliyyətini kəşf etdim və sonradan onları bacarığa çevirdim.
Və bu fəaliyyətə kökləndikcə, mənim üçün daha çox imkanlar açıldı. Mən bu işdən çox zövq alıram. Hər bir tədbir yalnız portfolioda gözəl bir fotoşəkil deyil, həm də əvəzolunmaz təcrübə, yeni tanışlıqlar və ünsiyyətdir.
Müştəriləriniz kimlərdir və sizi hansı meyarlara görə seçirlər?
Onlar müxtəlifdirlər... və bu, əsasən tədbirin növündən asılıdır. Əgər toy şənlikləridirsə, təbii ki, məni ən mühüm tədbirinin ən yüksək səviyyədə keçirilməsini istəyən insanlar seçir.
Toyun təşkili və koordinasiyası yenievlənənlərin və onların qohumlarının axşamdan tam zövqalmasına və heçnədən narahat olmamasına imkan verir, çünki mənim komandam musiqiçilərin və digər iştirakçıların vaxtında şadlıq yerinə gəlməsini, vaxtında səhnəyə çıxmasını, məhz gəlinin istədiyi kompozisiyanın səsləndirilməsini, işıqlandırmanın məhz müştərinin istədiyi rəng çalarlarında olmasını (və daha nələri) təmin edir və ən inanılmaz xırda detallarıda həyata keçirir. Toy şənliyi mürəkkəb mexanizmdir, xüsusəndə beynəlxalq layihədirsə.
Yeri gəlmişkən, tam məsuliyyətlə deyə bilərəm ki, mənim komandam beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Məsələn, eyni gündə iki məkanda keçirilən beynəlxalq toy. Bu asan deyildi, amma çox həyəcanlı idi.
Düşünürəm ki, müştərilər mənim şirkətimə ona görə də üstünlük verirlər ki, mən çox məsuliyyətli insanam və komandamı da belə insanlardan formalaşdırıram. Hər bir tədbiri şəxsi hadisə kimi qəbul edirəm, sanki onu özüm və sevdiklərim üçün təşkil edirəm.
Digər növ tədbirlərə gəlincə, bu, korporativ və brend tədbirləri, təqdimatlar, konfranslar və qəbullardır ki, burada müştərilərimiz arasında uzun illərdir əməkdaşlıq etdiyimiz kifayət qədər tanınmış şirkətlər var və onlar ən vacib tədbirlərin təşkilini məhz bizə etibar edirlər. Məsələn, çox məşhur bir kosmetika şirkəti, həm də iri parfümeriya mağazaları şəbəkəsinin sahibi üçün mənim komandam bir çox böyük layihələr təşkil etdi: dünyaca məşhur ətirlərin təqdimatından tutmuş korporativ tədbirlərə qədər. Bu şirkətlə işləmək çox xoş və maraqlıdır və bizim dostluğumuz uzun illərdir davam edir.
Genişmiqyaslı tədbirlərin siyahısında 2023-cü ilmartın 8-də Bakının ən böyük konsert zallarından birində Qadınlar Gününə həsr olunmuş bayram gecəsini xüsusi qeyd edə bilərəm. Bu musiqili gecə marketinq strategiyası, ssenari və repertuardan başlayaraq biletlərin satışına qədər bütünlüklə mənim komandamın işi idi. Tamaşaçılar çox razı qaldılar və bu, bizim üçün əsas mükafatdır.
Hər şeyi sıfırdan təşkil etmək sizə etibar edildiyi halda işinizə nələr daxildir?
Yenə də, bu, tədbirin növündən asılıdır, amma hər halda, bu, ilk növbədə, istəkləri və tamamilə bütün kaprizləri nəzərə alaraq, istənilən məsələlərdə müştəriilə görüş və razılaşmadır. Sonra podratçılarla iş (ən yaxşıları ilə - mən yalnız peşəkarlarla işləyirəm!), kreativ təkliflərin hazırlanması, istəyə bağlı çap materiallarının hazırlanması, ssenari işi, yerlərin, musiqiçilərin, şouların və digər iştirakçıların təklif edilməsi. Son mərhələ smeta tərtib edilməsi və razılaşdırılmasıdır. Əlbəttə, hər şey çox sadə səslənir, amma, inanın ki, hər bir mərhələ böyük bir komandanın nəhəng işini nəzərdə tutur.
İndiki mərhələdə Azərbaycanda ivent bazarını necə qiymətləndirirsiniz?
Düşünürəm ki, təkcə bizdə deyil, bütövlükdə insanların parlaq emosiyalar, təəssüratlar yaşamaq istəyi getdikcə artır və bundan sonra da belə olacaq. Buna görə də ivent şirkətlərinə ehtiyac yalnız artacaq. Qlobal tendensiyalar burada təqdim olunan tədbir xidmətlərinin keyfiyyətinə, sadə, lakin kreativ təqdimata, eləcə də operativliyə və loyallığa tələbatın artdığı Azərbaycanda da yayılmaqdadır. Bu işdə insanlarla peşəkar səviyyədə ünsiyyət qurmaq çox vacibdir. Və eyni dərəcə də vacib olan belə şirkətlərin öz imzasının və tərzinin olmasıdır. Ümid edirəm ki, müştərilərim artıq mənim iş tərzimi hiss edib və qiymətləndiriblər.
16/01/2024