Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
2025-ci il üçün ən böyük arzum hər birimizin şəxsi və peşəkar hədəflərinə çatmasıdır. Hər kəsə
tövsiyəm, daim yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək və dəyişikliklərə adaptasiya
olunmaqdır.
Xüsusilə rəqəmsallaşma dövründə çevik düşüncə və innovativ yanaşma hər
birimizin uğurunun əsas açarıdır.
İnanıram ki, hər birimiz öz sahəmizdə fərq yaradaraq daha
parlaq gələcək qurmağa töhfə verəcəyik.
Günel x., bu yaxınlarda keçirilən PR Forum 2024-də spiker kimi çıxış etdiniz,
zəhmət olmasa bu haqda təəssüratlarınızı paylaşardınız.
PR Forum 2024 mənim üçün çox maraqlı və faydalı bir platforma oldu. Bu forumda iştirak
etmək və çıxış etmək mənim üçün həm peşəkar təcrübəmi bölüşmək, həm də bu sahədəki
yenilikləri öyrənmək baxımından çox önəmli idi.
Müzakirələr zamanı rəqəmsal transformasiya,
marketinq strategiyalarının gələcəyi və müştəri təcrübəsinin təkmilləşdirilməsi kimi mövzulara
toxunduq. Forum iştirakçılarının aktivliyi və sualları göstərdi ki, bu sahə həm maraq doğurur,
həm də böyük potensiala malikdir.
Ümumiyyətlə, bir Marketinq ekspert mərkəzinin lideri kimi bu sahəyə olan
maraqdan söhbət açardınız.
Marketinq mənim üçün sadəcə bir peşə deyil, həm də artıq həyat tərzidir deyə bilərəm. İllərdir bu
sahədə olmağıma baxmayaraq, marketinqə həvəsim, marağım tükənmir. Sahə özü də o qədər
dinamikdir ki, ildən ilə yeniliklər bitmir. Sahənin dinamikası, daimi inkişaf və müştərilərlə dərin
əlaqələr qurmaq imkanı həmişə məni cəlb edib.
2024-cü il hansı layihə və nailiyyətlərlə yadda qaldı?
2024-cü il bizim üçün çox məhsuldar oldu. Əvvəla bir neçə yeni məhsul təqdim etdik. Bir çox
xidmətlərimizi rəqəmsallaşdırdıq. Xüsusilə də KOS müştəriləri üçün. Müştərilərimizə investisiya
imkanlarıl yaratdıq, dollar və manat istiqrazlarımız kifayət qədər rəqabətcil şərtlərlə təqdim
olunub.
Növbəti ilin əvvəlində də yeni tranşların olacağı gözlənilir. Amma bu ilin ulduz məhsulu
yeni kredit kartımızdır deyə bilərəm. Birbank Star kartı müştərilərimiz tərəfindən də çox böyük
maraqla qarşılandı. Müştəri məmnuniyyətini və xidmət keyfiyyətini artırmaq üçün yeni layihəyə
başladıq.
Bu layihənin nəticələri yəqin ki, artıq 2025 hiss olunmağa başlayacaq. Loyallıq
proqramlarının genişləndirilməsi sahəsində böyük addımlar atdıq. Bundan əlavə, bank olaraq bir
neçə beynəlxalq mükafat qazandıq bu da bizim doğru istiqamətdə irəlilədiyimizi təsdiqləyir.
Eyni zamanda da marketinq komandası olaraq da, öz sahəmiz üzrə 4 fərqli kateqoriyada Felis
mükafatına layiq görülmüşük.
Bizdə olan məlumata görə, siz yeni layihəyə start verirsiniz. Bu haqda
danışardınız.
Bizim Bankın ən gözəl xüsusiyyətlərindən biri daimi olaraq yeniliklər etməyidir. Bazarda bir çox
ilklərlə tanınırıq. Bu səbəbdən bəli yeni layihələrimiz var və bir deyil, iki də deyil. Lakin güman
edirəm ki, siz dekabrda Bankın keçirdiyi mətbuat konfransında sədrimizin səsləndirdiyi
mövzunu nəzərdə tutursunuz. Bəli, 2025-ci il bizim Kapital Bank brendindən Birbank brendinə
keçid ilimiz olacaq.
Bildiyiniz kimi 2021-ci ildə tətbiqimizə başdan-başa onlayn kredit və kart
sifarişi imkanlarını gətirməklə Birbank-ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz
bu yeniliyi çox gözəl qarşıladılar.
Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə Birbank
Kapital Bank qədər güclü bir brendə çevrilə bilib. Eyni zamanda bizim gələcək planlarımız daha
çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir.
Buna görə də
biz 2025-ci ilin 1-ci rübündən etibarən Kapital Bank brendini Birbank brendinə
transformasiyasına başlayırıq. Bu, Kapital Bank-ın tamamilə yox olacağı mənasına gəlmir. Siz
Kapital Bankı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz.
Bütün məhsul
və xidmətlərimizi isə müştərilərimizə Birbank brendi üzərindən təqdim edəcəyik. Biz də,
müştərilərimiz də artıq Birbanklı olacağıq. Sual versəniz ki, bu müştərilərə yanaşmada nəyisə
dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. Birbankı xarektirizə etsək, o
daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi bir brenddir.
Bu xüsusiyyətlərin
müştəri təcrübəsində öz əksini tapmacaqdır . Müştərilərimiz bütün məhsul və xidmətləri Birbank
saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, Kapital Bank filialları da Birbank filiallarına
transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcəkdir.
İzləyicilərimizə 2025-ci ildə arzularınız və tövsiyyələriniz nə olardı?
2025-ci il üçün ən böyük arzum hər birimizin şəxsi və peşəkar hədəflərinə çatmasıdır. Hər kəsə
tövsiyəm, daim yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək və dəyişikliklərə adaptasiya
olunmaqdır. Xüsusilə rəqəmsallaşma dövründə çevik düşüncə və innovativ yanaşma hər
birimizin uğurunun əsas açarıdır. İnanıram ki, hər birimiz öz sahəmizdə fərq yaradaraq daha
parlaq gələcək qurmağa töhfə verəcəyik.