Uğur hekayəsi - İbrahimli Uğur - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Uğur hekayəsi - İbrahimli Uğur


"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
Meqa Sığortanın əsas uğuru onun eyni hədəf üçün çalışan komandasındadır.

Şirkət daxili mühitin daima pozitiv olması, komanda ruhunun möhkəmliyi və motivasiyalı, bacarıqlı və məqsədyönlü insanlardan ibarət bir komanda uğurumuzun təməlində dayanır.

Uğur bəy, ilk öncə, bu ay Meqa Sığortanın 14 yaşı münasibətilə Sizi və bütün Kollektivi təbrik edib, uğurlar diləyirik.

Çox sağ olun, təşəkkür edirəm.

Mən də öz adımdan bizə etimad göstərən bütün partnyor və müştərilərimizə təşəkkür edir, Meqa Sığorta komandasını 14 yaşımız münasibəti ilə təbrik edirəm.

1 oktyabr 2010-cu ildə 12 əməkdaşla fəaliyyətə başlayan Meqa Sığorta bugün 200 nəfərdən artıq peşəkar komanda ilə fəaliyyətini davam etdirir. Azərbaycan qeyri-həyat sığorta bazarının top 4-lüyündə qərarlaşmaqla ölkənin 16 regionunda, 30-dan çox sığorta məhsulu ilə 100.000-dən artıq müştəriyə sığorta xidməti göstərməkdən qürur duyuruq.



2024-cü ilin 9 ayın nəticələri haqda qısa məlumat verərdiz, zəhmət olmazsa

2024-cü ilin 9 ayının ilkin məlumatlarına əsasən şirkətimizin yığımları 27 milyon 350 min manat təşkil edib ki, bu da bu dövr üçün hədəflədiyimiz rəqəmin 110%-dir. Eyni dövr üzrə sığorta ödənişlərimiz də artıb və 2024-cü ilin 9 ayı üzrə biz öz müştərilərimizə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 10 milyon 500 min manata yaxın sığorta ödənişi etmişik.

Həm sığorta yığımlarının, həm də sığorta ödənişlərinin əsas hissəsini könüllü tibbi sığorta, avtonəqliyyat vasitələrinin kasko sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və könüllü və icbari əmlak sığortaları təşkil edib.



Bildiyimiz qədər, bu yaxınlarda Avstriya Şirkəti ilə əməkdaşlığa başlamısız.  

Bəli. Sığorta şirkətinin maliyyə dayanıqlılığının təmin olunmasında ən vacib rollardan birini məhz təkrarsığorta müdafiəsi təşkil edir. Biz bu sahəyə hər zaman xüsusi diqqət ayırırıq və sığortaladığımız risklərin dayanıqlı və reytinqli şirkətlərdə təkrarsığortalanmasını həyata keçiririk.

Əməkdaşlığımız etdiyimiz AIG, Allianz, Zurich, SwissRe, Munich Re, Gen Re və digər dünya nəhəngləri siyahısına bu il VIG (Vienna Insurance Group) şirkəti də əlavə olundu. Qeyd edim ki, dünyanın 30-dan çox ölkəsində, 30 mindən çox əməkdaşı olan VIG Mərkəzi və Şərqi Avropanın ən iri sığorta qrupu hesab olunur və şirkətin maliyyə dayanıqlığı reytinqi Standard & Poor's tərəfindən A+ olaraq təsdiq edilib.

VİG Re ilə olan əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən şirkətimiz tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər (əmlakın yanğından və digər risklərdən sığortası, daşınmaz əmlakın icbari sığortası, tikinti-quraşdırma risklərinin sığortası, podratçının maşın və avadanlıqlarının sığortası və s.) 5 mln AZN həddində təkrarsığortaya ötürüləcək.

Bundan əlavə yeni əməkdaşlıq müqaviləsi çərçivəsində biz həmçinin zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə etmiş olduq.



Şirkətiniz bu yaxınlarda  fərdi və korporativ müştərilər üçün yeniliklər həyata keçirməyi planlaşdırırmı?

Biz mütəmadi olaraq yeni məhsullar üzərində işləyir və müştərilərimizin qarşılaşa biləcəyi risklərə qarşı adekvat sığorta təminatı təklif etməyə çalışırıq.

Bu yaxınlarda korporativ müştərilərimiz üçün hazırladığımız və Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən “Kiber risklərin sığortası” məhsulunu təqdim etdik. Bu sığorta məhsulu haker hücumları, məlumatların itirilməsi, məxfi məlumatların sızması və digər kibertəhlükələrlə bağlı itkilərin qarşısını almağa kömək edir və müəssisə və təşkilatları informasiya təhlükəsizliyi risklərindən qorumaq üçün mühüm bir vasitədir.

Bundan əlavə iyul ayında Kapital Bank ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində yeni bancassurance məhsulumuz olan “Məktəbli sığortası” məhsulunu təqdim etdik.



Bu yeni sığorta məhsulu ilə valideynlər övladlarının sağlamlığını təminat altına ala, ölkə daxilində və ya təhsil üçün ölkə xaricində olarkən müxtəlif hadisələr zamanı övladlarının ilkin tibbi xərclərini qarşılaya bilərlər.Məhsulu Kapital Bankın istənilən filialına yaxınlaşmaqla əldə etmək mümkündür.

Fiziki şəxslər üçün müxtəlif kasko sığortası və əmlak sığortası məhsullarımız, korporativ şirkətlər üçün məsuliyyət, tibbi sığorta, əmlak və digər bir çox məhsullarımız mövcudur və biz mütəmadi olaraq həm məhsullarımızı yeniləməyə, həm də yenilərini yaratmağa davam edirik.

Həmçinin qeyd edim ki, 2021-ci ildən etibarən 100% səhmdarı olduğumuz “Meqa Həyat” sığorta şirkətini yaratmışıq ki, müştərilərimizə həyat sığorta növləri də daxil olmaqla kompleks sığorta məhsulları üzrə xidmət göstərə bilək və bugün “Meqa Həyat” Azərbaycan sığorta bazarının ən dinamik inkişaf edən sığorta şirkətidir.



Meqa Sığortanın uğurlarının sirri nədir? Oxucularımıza uğurlu olmaq üçün 3 vacib tövsiyyəniz

Meqa Sığortanın əsas uğuru onun eyni hədəf üçün çalışan komandasındadır. Şirkət daxili mühitin daima pozitiv olması, komanda ruhunun möhkəmliyi və motivasiyalı, bacarıqlı və məqsədyönlü insanlardan ibarət bir komanda uğurumuzun təməlində dayanır.

İkincisi, biz davamlı olaraq yenilik axtarışındayıq. Düşünürəm ki, uğurlu olmaq üçün daima yeniliklərə və əməkdaşlıqlara açıq olmaq çox vacibdir.  Bazar dinamikası və texnologiyalar sürətlə dəyişir, buna görə yeni trendləri izləmək və innovasiyalara investisiya etməklə hər zaman yeniliklər etməyə çalışırıq.

Və ən nəhayət planlama və strategiya. Çalışırıq ki, hədəflərimiz bəlli, ölçülə bilən və aydın olsun. Şirkətimizin 2024-2026-cı illəri əhatə edən strateji planı hazırlanıb və biz yaxın 3 il müddətində hansı istiqamətə getdiyimizi, məqsədlərimizi və hədəflərimizi müəyyən etməklə hər il əvvəlki ildən daha yaxşı nəticələr göstərəcəyimizə inanırıq.



Oxucularınıza isə hər gün öz üzərlərində çalışmağı, yeniliklərə açıq olmağı, ən azı illik hədəf və məqsədlərini yazmaqla addım-addım hədəflərinə doğru hərəkət etməyi tövsiyyə edərdim.


18/10/2024


     



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment