16 yanvar 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalındauşaq cərrahlarının növbəti aylıq elmi toplantısı həyata keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, uşaq cərrahı Toğrul Piriyev, o cümlədən müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən uşaq cərrahları və uşaq cərrahiyyəsi üzrə ixtisaslaşan həkim-rezidentlər iştirak ediblər. https://youtu.be/nvhQD67BhmM
Elmi toplantını giriş sözü ilə açanMərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov kurator və rezidentləri salamlayaraq, son illər ərzində icra olunan unikal əməliyyatlar və bu sahədə olan müasir çağırışlar barədə məlumat verib.
Daha sonraMərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov mürəkkəb uroloji qüsur ilə doğulmuş körpənin əməliyyatı barədə, Ege Hospitalın uşaq cərrahı, dosent Allahverdi Musayev sidik axarının darlığı səbəbilə ağırlaşmış xəstənin cərrahi müalicəsi və uşza cərrahı Nailə Mustafayeva bağırsaq sisteminin normal fəaliyyət göstərə bilmədiyi nadir anadangəlmə həzm pozğunluğu olan Hirşprung xəstəliyi barədə təqdimatlarla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
Elmi toplantı zamanı aktiv müzakirələr həyata keçirilib. Sonda toplantı iştirakçıları Mərkəzi Gömrük Hospitalında tədbirin yüksək səviyyədə təşkilinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.