14 yanvar 2025-ci il tarixində kreditlərin sığortalanması mövzusunda Azərbaycan Banklar Assosiasiyasının Kreditlərin Sığortalanması ilə əlaqədar Təşkilat Komitəsinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər şəxslərinin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Görüş zamanı kreditlərin qeyri-həyat sığortası üzrə məhsulların hazırlanması ilə bağlı ətraflı müzakirələr aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.