Banklar


“RABİTƏBANK”ASC 2024-CÜ İL ÜZRƏ MALİYYƏ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB
16.01.2025

Rabitəbank 2024-cü ili mənfəət ilə başa vurub.

Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. Belə ki, müvafiq dövr üzrə Rabitəbank 14 milyon 851 min manat xalis mənfəət əldə edib.

Cari ildə Bankın aktivləri 1.4% artaraq 1 milyard 154 milyon manata çatıb.

KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA

Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.6 % artıb. Nəticədə ümumi kredit portfeli 848 milyon 92 min manata yüksəlib. 

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 15.5% artaraq 399 milyon 112 min manata, o cümlədən, istehlak kreditləri portfeli 22.4% artaraq 293 milyon 398 min manata, ipotekakreditləri isə 14.3% artaraq 155 milyon 582min manata çatıb.

BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB

Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki,fiziki şəxslər üzrə əmanətlər isə 3.7% artaraq 461 milyon 954 min manata çatıb.

FAİZ GƏLİRLƏRİ YÜKSƏLİB

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25.4% artaraq 114 milyon 286 min manata çatıb. Qeyri-faiz gəlirləri isə2.7% artımla 52 milyon 972 min manata yüksəlib.

Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% artaraq 132 milyon 859 min manat olub.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment