Digər xəbərlər


“Tarix yazan qəhrəmanlarımız”layihəsi davam edir
16.01.2025

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax,Kürdəmir rayonlarından olan şəhid və qaziailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib. 

Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. “Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimizqazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq”.

Qeyd edək ki, “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində  2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment