Digər xəbərlər


DÖVLƏT GÖMRÜK KOMİTƏSİ TİBBİ XİDMƏT İDARƏSİNİN 2024-CÜ İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT İCLASI KEÇİRİLİB
29.12.2024

28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsininilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi-Təcrübi və Tədris Mərkəzinin, Sanitar-Karantin Xidmətinin və Həkim-Tibb Komissiyasının əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iclas iştirakçılarını salamlayaraq cari il ərzində Xidmət tərəfindən görülmüş işlər və həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. İdarə rəisi Mərkəzi Gömrük Hospitalının istifadəyə verilməsi nəzərdə tutulan yeni korpusunun açılışına hazırlıq, 2025-ci il üçün hədəflərdən söz açaraq, göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi üçün öz tövsiyələrini verib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev hesabat nitqi ilə çıxış edərək il ərzində gömrük əməkdaşlarına və əhaliyə göstərilən tibbi xidmətlərin sayının artdığını, pasiyent yönümlü fəaliyyətlərin təşkili istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini, İcbari Tibbi Sığorta Agentliyi və özəl tibbi sığorta şirkətləri ilə əməkdaşlığın genişləndirildiyini və Hospitalın cari il ərzində bir neçə yeni müasir tibbi avadanlıqlarla təchiz edildiyini vurğulayıb.

Həmçinin, Bəxtiyar Musayev 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbirində fəal iştirak edərək cənab Prezident İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmiş Mərkəzi Gömrük Hospitalının5 əməkdaşının təltif edilməsini qeyd edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov 2024-cü ilin yekunlarına dair maliyyə göstəriciləri və 2025-ci il üçün nəzərdə tutulmuş maliyyə proqnozu, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Sanitar-Karantin Xidməti tərəfindən həyata keçirilmiş fəaliyyətlər, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov tərəfindən ETTM-in cari il ərzində həyata keçirdiyi tədbirlər, sosial aksiyalar, beynəlxalq konfranslar və seminarlar, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə isə əməkdaşların sosial rifahı və asudə vaxtının səmərəli təşkili istiqamətində keçirilmiş fəaliyyətlər haqqında hesabat nitqi ilə çıxış ediblər.

İdarə rəisi Ceyhun Məmmədov iclasın sonunda əməkdaşlara 2024-cü il ərzində göstərdikləri uğurlu xidmətlərə görə təşəkkür edərək, 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Hesabat iclası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən 2024-cü il ərzində görülmüş işlərin xülasəsini əks etdirən fotokollajın nümayişi ilə yekunlaşıb.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment