"Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
29.12.2024
29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 yanvar 2025-ci il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
“Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2015005153
İstiqrazın növü və forması
Faizli, təmin edilməmiş sənədsiz, adlı
Ticarət üsulu / forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
250,000 ədəd
İlkin ticarət qiyməti
100 USD
İstiqrazların buraxılış həcmi
25,000,000 USD
İllik gəlirlilik faizi
7%
Ödəmə periodu
ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir