Digər xəbərlər


Kaspersky: 2024-cü ildə Azərbaycanda bank troyanlarının istifadəsi ilə təşkil edilən hücumların sayı əhəmiyyətli dərəcədə artıb
27.12.2024

Kaspersky mütəxəssisləri qeyd edirlər ki, 2024-cü ildə Azərbaycanda bank troyanlarının* hücumlarının sayı dörd dəfə artıb. Bu troyanların əsas məqsədi bank və ödəniş sistemləri ilə bağlı istifadəçi məlumatlarını oğurlamaqdır. Azərbaycanda bu cür zərərli proqramlar daha çox pirat musiqi yükləmə və ya böyüklər üçün tətbiqlər adı altında maskalanır və müxtəlif qeyri-rəsmi platformalarda yayılır.

“Ən çox yayılmış maliyyə kibertəhdidləri arasında “Badpack” və “Banker”kimi zərərli proqramlarının dropperləri (proqramı sistemə daxil edən vasitə), eləcə də “GodFather” və “SpyNote” troyanları yer alır. Azərbaycanda bu zərərli proqramların istifadəsi ilə təşkil edilən hücumların sayı 2023-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb”, — deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Dmitri Kalinin bildirir.

Dropperlər. Onların məqsədi bank troyanını və ya casus proqramını gizli şəkildə smartfona daxil etməkdir. Bu, adətən, ya “Android” əməliyyat sisteminin yeni versiyalarında (13-cü versiyasından başlayaraq xüsusi imkanlar yükləmə mənbələrindən olan tətbiqlər üçün mövcud deyil) müdafiə mexanizmlərindən keçmək, ya da müdafiə həllərinin aşkarlamasından yayınmaq məqsədilə edilir. Bu kateqoriyada ən çox yayılan zərərli proqramlar “Badpack” və “Banker”dir.

GodFather bankeri. Maliyyə hesab məlumatlarını, autentifikator tətbiqlərindən gələn OTP kodlarını və digər mühüm məlumatları ələ keçirmək üçün nəzərdə tutulmuş troyandır. Bu zərərli proqram adətən qeyri-rəsmi mənbələrdən yüklənən irat audio fayllar adı altında yayılır. Əvvəllər əsasən Türkiyədə fəaliyyət göstərən “GodFather” 2024-cü ildə Azərbaycandakı istifadəçilərə aktiv şəkildə hücum etməyə başlayıb. Zərərli proqram "Əlçatanlıq" (Accessibility) funksiyasından istifadə edərək təcavüzkarın qurbanın ekranında baş verənlərə tam giriş əldə etməsinə şərait yaradır və bank tətbiqlərinə daxil olduqda fişinq pəncərələri göstərir.

SpyNote. Bu casus proqramı uzaqdan idarəetmə funksiyaları ilə təchiz olunub. Quraşdırıldıqdan sonra təcavüzkar qurbanın cihazına tam nəzarət əldə edir. “SpyNote” geniş funksionallığa malikdir, məsələn, daxilində klaviatura izləmə (keylogger), cihazın ekran görüntüsünü götürmək və SMS mesajlarını oxumaq imkanları mövcuddur. Bu, təcavüzkarlara yoluxmuş cihazın ekranında baş verənləri izləməyə və avtorizasiya məlumatlarını ələ keçirməyə imkan yaradır. Zərərli proqram, xüsusilə “Android” əməliyyat sistemi ilə çalışan cihaz sahiblərinin ödəniş məlumatlarını hədəf alan təcavüzkarlar arasında populyardır.

“Zərərli proqramlar daim təkamül edir və bank troyanları da istisna deyil, çünki onlar getdikcə daha təhlükəli olurlar. Belə zərərli proqramların qurbanına çevrilməmək üçün smartfonunuzda etibarlı müdafiə həllərindən istifadə etməyi tövsiyə edirik. Bu həllər həmin proqramları aşkar edərək onların bütün hiyləgər üsullara baxmayaraq quraşdırılmasının qarşısını alacaq”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

* Məlumatlar 1 yanvar-30 noyabr 2024-cü il tarixləri arasında şirkətin həllərinin nəticələrinin anonimləşdirilmiş statistikasına əsaslanır.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment