Banklar


AccessBank-ın “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu
27.12.2024

Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən AccessBank-ın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə”startap müsabiqəsinin qalibləri elan olundu.

24 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olundu. Münsiflər heyəti tərəfindən daxil olunan layihələr arasında müəyyən olunan innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 20 layihə seçildi. İkinci mərhələdə isə 7 layihə seçilərək finala keçid aldı. 

Münsiflər heyətinin qərarına görə, I yerin sahibi “Climasel”soyutma panelləri istehsalılayihəsinin müəllifi Xəyalə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev və sonuncuIII yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy elan olundu.


“Bizdən Biznesə” müsabiqəsinin uğurla başa çatması bizim üçün əhəmiyyətli hadisədir. Biz ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən və sahibkarların biznes ideyalarını reallaşdırmalarınadəstək verməkdən qürur duyuruq. AccessBank hər zaman bizneslərin inkişafına aktiv dəstək verir. Əminik ki, bu cür təşəbbüslər bizneslər üçün yeni imkanlar açır və bunu nəzərə alaraq, startap müsabiqəsini ənənəyə çevirərək hər il keçirməyi düşünürük”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

“Bizdən Biznesə” layihəsinin şərtlərinə görə I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün AccessBank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edildi.Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edəbilərlər və bir il ərazidə AccessBank vasitəsilə ölkə daxili aparılanbütün bank əməliyyatları komissiya ödənişlərindən azad edilir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment