"FERRUM KAPİTAL" QSC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
26.12.2024
26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM KAPİTAL" QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 10 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FERRUM KAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2018022288
İstiqrazın növü və forması
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması
Kütləvi / Birqiymətli
İstiqrazların sayı
1000 (ədəd)
İlkin ticarət qiyməti
1000 AZN
İstiqrazların buraxılış həcmi
1,000,000 AZN
İllik gəlirlilik faizi
12.5%
Ödəmə periodu
ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir