Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
25.12.2024
26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü
Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu
AZ0201070437
Buraxılış həcmi
50 000 000 manat
Nominal dəyəri
100 manat
İstiqrazların tədavül müddəti
1092 gün
Faiz ödənişləri
2025-ci il 26 iyun, 2025-ci il 25 dekabr, 2026-cı il 25 iyun, 2026-cı il 24 dekabr, 2027-ci il 24 iyun, 2027-ci il 23 dekabr
Faiz dərəcəsi (olduqda)
9%
Ödəmə tarixi
23.12.2027
Anderrayter
“PAŞA Kapital İ.Ş.” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.