|
|
|
Neft və qaz | | | Dövlət Neft Şirkətinin mütəxəssisləri beynəlxalq sertifikata layiq görülüblər |
24.09.2014 | |
| |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə “baş auditor” beynəlxalq kursunu bitirən mütəxəssislərlə görüş keçirilib.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov idarədə “BUREAU VERİTAS” şirkəti tərəfindən 21-25 iyul tarixlərində İSO 19011:2011 “idarəetmə sistemlərinin auditi” standartına əsasən İSO 9001:2008 “keyfiyyət idarəetmə sistemi” üzrə beynəlxalq “baş auditor” kursunun təşkil olunduğunu deyib.
Qeyd edilib ki, kurs müddətində iştirakçılara İSO 19011 standartının mahiyyəti, prinsipləri, auditin hədəfləri, baş auditor-auditor münasibətləri, auditin keçirilmə ardıcıllığı, hesabatların hazırlanması və digər məsələlər haqqında məlumat verilib. Kursun sonunda keçirilən imtahanın nəticələrə əsasən ARDNŞ-in 10 mütəxəssisi “baş auditor” beynəlxalq sertifikatına layiq görülüb. Sertifikat alan mütəxəssislər Sertifikatlı Auditorların Qeydiyyatı Təşkilatı (İRCA) tərəfindən qeydiyyata götürülüb.
Məlumat verilib ki, İRCA-nın əsas məqsədi auditorların davamlı olaraq təkmilləşdirilməsi, auditor peşəsinin nüfuzunun artırılması və dünya miqyasında akkreditasiya sisteminin inkişafının təmin edilməsidir. Sertifikat yalnız ARDNŞ-in müəssisələrində deyil, ölkə daxili və xarici təşkilatlarda da keyfiyyət idarəetmə sisteminin auditini həyata keçirməyə imkan verir.
Hazırda şirkətin tabeliyindəki 14 müəssisə və təşkilatda İSO standartı tətbiq olunmaqdadır. İlin sonunadək Bakı Ali Neft Məktəbində, habelə dalğıc və qəza-xilasetmə işləri idarəsində də bu standartın tətbiqi işlərinin yekunlaşdırılması nəzərdə tutulur.
www.azertag.com
|
|
|
|