|
|
|
Dünya xəbərləri | | | Dünyanın ən korrupsiyalaşmış şirkətlərinin adı açıqlanıb |
17.07.2012 | |
| |
“Transparency International” (TI) təşkilatının ekspertləri dünyanın ən korrupsiyalaşmış iri şirkətlərini müəyyənləşdiriblər.
“APA-ECONOMICS”in xəbərinə görə, dünyanın 105 iri şirkətinin yer aldığı araşdırmaya əsasən bu sahədə ən korrupsiyalaşmış şirkət Çin Mərkəzi Bankıdır.
«Transparency International»ın ekspertləri 105 iri şirkətin korrupsiyaya qarşı mübarizə proqramlarını müqayisə edərək, onları 10 ballıq sistemlə qiymətləndiriblər. Təşkilatın idarəedici direktoru Kobus de Svardt bildirib ki, beynəlxalq şirkətlər bütün dünyada korrupsiya probleminin mərkəzi hissəsi olaraq qalır, amma araşdırmalar bu sahədə irəliləyişlərin olduğunu göstərir. Belə ki, reytinqdə ilk yeri (korrupsiyaya qarşı ən yaxşı mübarizə aparan şirkət kimi) 8,3 balla Norveçin «Statoil» neft şirkəti tutub. Siyahını isə cəmi 1,1 balla Çin Mərkəzi Bankı başa vurur.
Araşdırma göstərib ki, dünya şöhrətli şirkətlər olan «Google» və «Apple» də korrupsiyaya qarşı lazımınca mübarizə aparmırlar. Reytinq cədvəlində «Google» 2,9, «Apple» isə 3,2 bal toplayıb.
www.apa.az
|
|
|
|