|
|
|
Neft və qaz | | | Dövlət büdcəsinə daxilolmaların 60,3 faizi ARDNF-in transfertlərinin payına düşür |
08.05.2012 | |
| |
Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinə daxilolmaların 60,3 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) transfertlərinin payına düşmüşdür.
AzərTAc xəbər verir ki, bu sözləri ARDNF-in icraçı direktoru Şahmar Mövsümov demişdir. O qeyd etmişdir ki, 2003-cü ildən etibarən ARDNF-in vəsaitlərinin böyük hissəsi dövlət büdcəsinə transfert edilir və bu vəsaitlər hesabına dövlət investisiya proqramına daxil edilən layihələrin maliyyələşdirilməsi həyata keçirilir.
Ümumilikdə 2003-cü ildən 2012-ci ilin ötən dövrünədək Fonddan dövlət büdcəsinə transfertlərin ümumi məbləği 27 milyard manat təşkil etmişdir.
www.azertag.com
|
|
|
|