|
|
|
Neft və qaz | | | ARDNŞ-in 2012-ci ilin iyun ayı üzrə ödənişləri artmışdır |
12.07.2012 | |
| |
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin iyun ayında dövlət büdcəsinə 123 milyon 28 min manat vəsait ödəmişdir.
ARDNŞ-dən AzərTAc-a bildirmişlər ki bu göstərici 2011-ci ilin iyun ayı ilə müqayisədə 23 milyon 357 min manat və ya 123,4 faiz çoxdur.
Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyun aylarında büdcəyə 674 milyon 92 min manat ödənmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 126 milyon 145 min manat və ya 123 faiz çox olmuşdur.
Bundan əlavə, cari ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 402 min manat vəsait köçürmüşdür. Bu göstərici ötən ilin iyun ayına nisbətən 1 milyon 153 min manat və ya 109,4 faiz çox olmuşdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyun aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 77 milyon 768 min manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 324 min manat və ya 118,8 faiz çoxdur.
www.azertag.com
|
|
|
|