1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Bakıda II “NQNK Forumu” keçiriləcək
08.07.2014

Bu il noyabrın 5-6-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunmuş II “NQNK Forumu” təşkil olunacaq.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, II Forum yerli və xarici şirkətlər üçün neft-qaz emalı və neft-kimya sahələrində malik olduqları və NQNK layihəsinin həyata keçirilməsi çərçivəsində istifadə edə biləcəkləri təcrübə, texnologiya və digər resursları, habelə innovativ həll yollarını təqdim etmək üçün unikal fürsətlər yaradacaq.

Hazırda NQNK layihəsi öz inkişafının əhəmiyyətli bir mərhələsinə qədəm qoyub. Belə ki, EPC (“Layihələndirmə-Təchizat-İnşaat”) mərhələsində layihənin bilavasitə reallaşdırılması həyata keçiriləcək. II forumun keçirilməsində məqsəd məhz qaz emalı və neft-kimya zavodlarının inşasında birbaşa iştirak edəcək və digər xidmətlər göstərəcək şirkətlər arasında ünsiyyət və əməkdaşlıq qurulması üçün vahid platforma yaratmaqdır. Forumda iştirak üçün EPC və digər işlər üzrə podratçılar, mühəndis şirkətləri, lisenziarlar, qlobal səviyyəli neft və qaz emalı, neft-kimya avadanlıqları istehsalçıları və təchizatçıları, logistika və tikinti şirkətləri, material, həll təchizatçıları, texnoloji məsləhətçilər, maliyyə qurumları, hüquq və maliyyə ekspertləri, ekoloji məsləhətçilər dəvət olunurlar. Onların iştirakı sponsor, məruzəçi, təmsilçi qismində, stend təşkil etməklə, habelə Forumun kataloqunda reklam yerləşdirməklə təmin olunacaq.

İki gün davam edəcək Forumda “İrimiqyaslı neft-qaz emalı və neft-kimya layihələrinin EPC mərhələləri”, “Emal üzrə texnoloji nailiyyətlər”, “Neft-qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “Neft-qaz emalı və neft-kimya layihələrinin maliyyə-iqtisadi və hüquqi xüsusiyyətləri”, “NQNK xammalı və məhsulları bazarlarının marketinq və logistika tendensiyaları” və “İrimiqyaslı layihələrdə yerli podratçıları təcrübəsi” mövzularında müzakirələrin aparılması planlaşdırılır.

Rəsmi açılışı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tərəfindən ediləcək tədbirdə şirkətin vitse-prezidentlərinin, beynəlxalq şirkətlərin rəhbərlərinin, eyni zamanda unikal sahə texnologiyalarını, oxşar layihələr üzrə öz təcrübə və biliklərini təqdim edən müvafiq dövlət qurumlarının yüksək səviyyəli təmsilçilərinin iştirakı və məruzələri gözlənilir. Tədbirdə ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “SOCAR-Türkiyə Enerji” şirkətinin baş direktoru Kənan Yavuz, ARDNŞ prezidentinin müşaviri Əfqan İsayev, NQNK-nın Baş direktor müavini Emil Alxaslı, Türkiyədəki “Star” neft emalı zavodu layihəsinin icraçı direktoru Robert Stori və digər şəxslər məruzələrlə çıxış edəcəklər. II “NQNK Forumu” yerli və beynəlxalq səviyyəli şirkətlər üçün Neft-qaz emalı və neft-kimya kompleksi layihəsinin inkişafı barədə ətraflı məlumat almaq, bazarın aparıcı iştirakçılarının təcrübəsi ilə tanış olmaq, layihə üzrə müxtəlif tenderlərdə bilavasitə iştirak edəcək şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün böyük imkanlar yaradacaq. 

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment