1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Şahdəniz qazı Avropaya nə vəd edir?
30.04.2014

Aprelin 25-də Brüsseldə Türk Əlaqələndirmə Platformasının (Turkish Connexion Platform) təşəbbüsü ilə təşkil olunmuş nahar yeməyinin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov idi. Türk Əlaqələndirmə Platforması Brüsseldə qərarlaşmış və türk peşəkarlarını bir araya gətirən müstəqil təşkilatdır.

Vüsal Məmmədov tədbir iştirakçılarına təmsil etdiyi qurum haqda ətraflı məlumat verdikdən sonra Azərbaycan enerji daşıyıcılarının Avropaya nəqli layihələrindən, xüsusilə də Trans-Anadolu və Trans-Adriatik Boru Kəməri layihələrindən (TANAP və TAP) danışıb.

Cənab Məmmədovun bildirdiyinə görə, "Şahdəniz-2" yatağından hasil olunan qazın Avropaya nəqli meqa layihədir və özü ilə nəhəng imkanlar gətirir. Yataq 1,2 trilyon kub metr qaz ehtiyatı ilə dünyada ən böyük qaz mənbələrindən biridir. Layihələrin yekununda Avropaya ildə 10 milyard kub metr, Türkiyəyə isə 6 milyard kub metr qaz ixrac etmək mümkün olacaq. İlk çatdırılma 2018-ci ildə Gürcüstan və Türkiyəyə, növbəti ildə isə Avropaya olacaq. Həyata keçirilməkdə olan layihələri dünyanın ən yenilikçi və mürəkkəb layihələri sırasına qoyan Vüsal Məmmədov boru kəmərlərinin trayektoriyası və gələcək genişlənmə potensialı haqda ətraflı məlumat verib.

Natiq Azərbaycan qazının Avropaya çatdırılmasının strateji əhəmiyyətini bir neçə faktorla izah edib: ilkin olaraq Avropanın enerji təhlükəsizliyi, o cümlədən enerji qiymətləri baxımından Şahdəniz qazı Avropa ölkələri üçün optimal variantdır. Bundan əlavə, təmiz enerjiyə keçid Avropa İttifaqının qarşısına qoyduğu məqsədlər sırasındadır. Yüksək enerji qiymətlərini Şimali Amerikadan planlaşdırılan qaz idxalı aşağı salmayacaq. Siyasi və iqtisadi məqsədlər uzlaşdığı üçün layihənin gerçəkləşməsi imkanları da maksimaldır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment