|
|
|
Neft və qaz | | | Gürcüstanda “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir |
14.04.2014 | |
| |
Batumidə “SOCAR” brendi ilə işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsinin kombinə olunmuş yeni məntəqəsi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu, Gürcüstanda sayca 110-cu yanacaqdoldurma məntəqəsi, 16-cı qazdoldurma stansiyasıdır.
Yanacaqdoldurma məntəqəsi Yaponiyanın dəqiqliyi ilə məşhur olan “Tatsuno” yanacaqpaylama qurğuları, Argentinada istehsal edilmiş son nəsil “Galileo” kompressorları ilə təchiz olunmuşdur. Bu qurğular yanacağın dəqiq, təhlükəsiz doldurulmasına imkan verir.
Yanacaqdoldurma məntəqəsində bütün sutka ərzində fasiləsiz market və kafe fəaliyyət göstərir. Müştərilər burada “Unicard” və “Energycard” kartlarına bonus toplaya bilirlər. Məntəqədə, həmçinin təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su ilə təchizatı, salonun təmizlənməsi kimi xidmətlər də təklif olunur.
www.azertag.com
|
|
|
|