|
|
|
Neft və qaz | | | “ExxonMobil” şirkətinin İsveçrədəki aktivləri ARDNŞ-ın nəzarəti altına keçib |
02.07.2012 | |
| |
İsveçrənin Sürix şəhərində “ExxonMobil” şirkətinin İsveçrədəki “Esso Switzerland” şirkəti aktivlərinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən alınması nəticəsində həmin aktivlər üzərində nəzarətin dəyişməsi proseduru üzrə sənədlərin imzalanma mərasimi keçirilib.
“APA-ECONOMICS”in xəbərinə görə, ARDNŞ-dan imzalanma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev və Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, “ExxonMobil” tərəfindən isə Peter Szanto və Annett Flormann-Pfaff iştirak ediblər.
Bununla da “Esso Switzerland” şirkətinin aktivləri üzərində nəzarət ARDNŞ-a ötürülüb. Məlum olduğu kimi, ötən il noyabrın 16-da tərəflər arasında həmin aktivlərin satılması üzrə razılaşma imzalanıb. Ötən dövr ərzində ESSO şirkətinin “ExxonMobil”dən müstəqil fəaliyyətinin təmin edilməsi üçün şirkətin sistem və proseslərinin ayrılması və işlənməsi üzrə fəaliyyət aparılıb.
“Esso Switzerland”ın ARDNŞ tərəfindən əldə edilən aktivləri sırasına yanacaqdoldurma məntəqələri şəbəkəsi, eyni zamanda İsveçrə bazarında yanacağın topdansatışı və aviasiya aktivləri daxildir.
www.apa.az
|
|
|
|