|
|
|
Dünya xəbərləri | | | “Qazprom”un gəliri ötən il 23% artıb |
21.06.2012 | |
| |
Rusiyanın “Qazprom” şirkəti 2011-ci ildə xarici ölkələrə qaz satışından 57 mlrd. dollar gəlir əldə edib ki, bu da 2010-cu ilin göstəricisindən (44 mlrd. dollar) 23% çoxdur.
“APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən xəbərinə görə, ötən ilki göstərici şirkət rəhbərliyinin proqnozundan (60 mlrd. dollar) aşağı olub.
“Qazprom” ötən il uzaq xaricə 156,6 mlrd. kubmetr qaz satıb ki, bu da 2010-cu ilin göstəricisindən 5,7% çoxdur. Rusiya daxilində satılan qazın həcmi isə 1,2% artaraq 265,3 mlrd. kubmetr təşkil edib.
Keçmiş SSRİ ölkələrinə satılan qazın həcmi isə 16,4% artaraq 81,7 mlrd. kubmetrə çatıb. Nəticədə “Qazprom” 21 mlrd. dolar (+41,6%) gəlir əldə edib.
Şirkət rəhbərliyi bu il xarici ölkələrə 222 mlrd. kubmetr qaz satacağını və bundan 61 mlrd. dolar gəlir əldə edəcəyini proqnozlaşdırır.
www.apa.az
|
|
|
|