|
|
|
Dünya xəbərləri | | | Mayda ABŞ-ın büdcə kəsiri 125 mlrd. dollara çatıb |
14.06.2012 | |
| |
Bu ilin may ayında ABŞ federal büdcəsinin kəsiri illik müqayisədə 2,2 dəfə artaraq 57,6 mlrd. dollardan 124,64 mlrd. dollara yüksəlib.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Sözügedən göstərici analitiklərin proqnozu (125 mlrd. dollar) ilə üst-üstə düşüb.
Hesabat dövründə büdcənin gəlirləri 160 mlrd. dollar, xərcləri 305 mlrd. dollar təşkil edib. Bu zaman hökumət 2006-cı ildən bəri rekord həcmdə vergi yığıb.
www.apa.az
|
|
|
|