|
|
|
Neft və qaz | | | Rumıniyada SOCAR brendi ilə daha bir YDM istismara verilmişdir |
24.07.2013 | |
| |
Baki, Finance Time. İyulun 22-də Rumıniyanın Neamt iqtisadi regionunun Roman şəhərində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi istismara verilmişdir.YDM-nin açılışına həsr olunmuş mərasimdə “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Roman şəhərinin meri Laurenţiu Dan Leoreanu, Rumıniya Nazirlər Kabinetinin dövlət katibi Mihai Adrian Albulescu, yerli hökümət qurumlarının və medianın nümayəndələri iştirak etmişlər.
2000 kvadrat metrlik sahəni əhatə edən YDM-də müştərilərə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur. Məntəqədə 3 sayğac quraşdırılmışdır. Burada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılmışdır. YDM ərazisində kafe fəaliyyət göstərir. Müştərilər həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunmuşlar. Rumıniyada ilk dəfə olaraq burada internetdən istifadə üçün müştərilərə tablet təqdim edilir.
Bu, Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən sayca 16-cı, Neamt rayonunda isə 4-cü YDM-dır.
|
|
|
|