1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


«BP-Azerbaijan»ın prezidenti Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının sədri seçilib
19.06.2013

Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (OGP) Brisben şəhərində (Avstraliya) keçirilmiş sonuncu İllik Baş Yığıncağında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell OGP-nin İdarə Komitəsinin sədri seçilib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, OGP-nin üzvləri sırasına dünyanın aparıcı açıq səhmdar, özəl və dövlət neft və qaz şirkətləri, neft və qaz assosiasiyaları, kəşfiyyat və hasilat sahəsində xidmət göstərən iri şirkətlər daxildir. Dünya neftinin yarısından çoxu və təxminən dünyadakı qazın 1/3-i OGP üzvləri tərəfindən hasil edilir.

Ötən dörd il ərzində BP şirkətini OGP-nin İdarə Komitəsində təmsil edən Q.Birrell 2012-ci ildə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsinə təyin edilib. Buna qədər isə neft və qaz sənayesinin kəşfiyyat və hasilat (Upstream) seqmentində 25 ildən artıq bir dövrdə dənizdə və quruda yerləşən sahələrdə əməyin təhlükəsizliyinin, əməliyyat risklərinin və hasilatın idarə olunması üzrə bir sıra yüksək vəzifələrdə çalışıb.

OGP-dəki yeni vəzifəsi haqqında şərh verərkən, Q.Birrell neft və qaz sənayesinin kəşfiyyat və hasilat seqmentinin növbəti onilliklər ərzində dünyanın artmaqda olan enerji tələbatının təhlükəsiz və ətraf mühitə qarşı məsuliyyətli şəkildə ödənilməsinə yardım etmək cavabdehliyini vurğulayıb: «2040-cı ilə qədər dünya əhalisinin 7 mlrd.-dan 9 mlrd.-a qədər artacağını nəzərə alaraq, bizim 35% əlavə enerjiyə ehtiyacımız olacaq ki, bunun da xeyli hissəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvü olmayan ölkələrdə elektrik enerjisi və nəqliyyat üçün tələbatın ödənilməsinə lazım olacaq. Həmin vaxt, bərpa olunan enerji mənbələri və nüvə enerjisi sahəsinin də inkişaf edəcəyinə baxmayaraq, neft dünyada ən mühüm yanacaq növü olmaqda davam edəcək və təbii qaz isə kömürü üstələyərək dünyada ikinci ən mühüm enerji mənbəyinə çevriləcək».

Q.Birrell dünyada kifayət qədər neft-qaz ehtiyatının olduğunu bildirib: «Xoşbəxtlikdən, dünyadakı tələbatı ödəmək və gözləntiləri təmin etmək üçün həm quruda, həm də dənizdə yerləşən yataqlarda kifayət qədər neft və qaz ehtiyatları mövcuddur. OGP-nin vəzifəsi əməyin təhlükəsizliyinə və davamlı inkişafa xüsusi diqqət yetirməklə, kəşfiyyat və hasilatın cəmiyyətin mənafeyinə xidmət göstərməsinə yardım etməkdir».

Q.Birrell öz sələfi, «ExxonMobil» şirkətini təmsil edən Bred Korsonun fəaliyyətini də təqdir edib. İdarə komitəsinin yeni seçilmiş sədr müavinləri İan MakDonald («Chevron») və Mişel Konti («Total») də Q.Birrell ilə birgə fəaliyyət göstərəcəklər.

Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyası (OGP) neft və qaz sənayesinin kəşfiyyat və hasilat sahəsini beynəlxalq tənzimləyici qurumlar və qanunverici orqanlar qarşısında təmsil edir. Baş qərargahı Londonda yerləşən OGP sənayeni Beynəlxalq Dəniz Təşkilatı və Davamlı İnkişaf üzrə Komissiya kimi BMT qurumlarında təmsil edir. OGP həmçinin Dünya Bankı və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) ilə də əməkdaşlıq edir. O, həmçinin OSPAR, Helsinki Komissiyası və Barselona Konvensiyasının daxil olduğu bir sıra regional qurumlara akkreditə olunub.

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment