Mayın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 15 388 bəndədək, S&P 500 0,2% - 1 669 bəndədək, Nasdaq 0,2% - 3 502 bəndədək artıb.
«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında mayın 21-də FTSE 100 indeksi 0,7% - 6 803 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 472 bəndədək, Fransa CAC-40-ı 0,2% - 4 036 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 376,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2909 (+0,02%) dollar təşkil edir.
www.apa.az