1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


ARDNŞ: «Bizim neft satışı biznesimiz tam şəffaf qurulub»
26.04.2013

Azərbaycan neftinin beynəlxalq bazarlarda satışı ARDNŞ tərəfindən dünya standartlarına tam uyğun və şəffaf şəkildə təşkil olunub. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, neft satışı ilə bağlı hər həftə elan olunan tenderlərdə dünyanın bütün iri treydinq şirkətləri iştirak edir. Həmin tenderlər beynəlxalq audit şirkətləri tərəfindən ciddi yoxlanılır: «ARDNŞ bütün dünyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün pioneri kimi tanınan Azərbaycanda bu təşəbbüsü dəstəkləmiş ilk şirkət olaraq Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçid prosesini uğurla başa çatdırıb. Şirkətin konsolidasiya olunmuş bütün hesabatları beynəlxalq audit şirkətlərinin müsbət rəyini alıb. Eyni zamanda, ARDNŞ 3 nüfuzlu beynəlxalq reytinq şirkəti tərəfindən müsbət reytinqlərə layiq görülüb və həmin reytinqlər ilbəil artan istiqamətdə yenilənir».

ARDNŞ bildirir ki, buna görə də Dövlət Neft Şirkəti neft satışı üzrə beynəlxalq tenderlərdə qalib gəlmiş tərəf müqabillərinin işgüzar xüsusiyyətlərini araşdırır, onlar haqqında nüfuzlu beynəlxalq bankların, bazar iştirakçılarının rəylərini öyrənməyə üstünlük verir. Eyni zamanda, həmin şirkətlərin maliyyə vəziyyəti haqqında beynəlxalq audit şirkətləri tərəfindən hazırlanmış maliyyə hesabatları da tələb olunur. Bütün bu məlumat və sənədlər ətraflı təhlil olunduqdan sonra ARDNŞ qarşı tərəflərlə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyət haqqında müqavilələr imzalayır və birgə çalışır. Məlumatda bildirilir ki, Sinqapurun «Sumato Energy PTE Ltd.» şirkəti ilə ARDNŞ-in əməkdaşlığı 2010-cu ilin sonunda başa çatıb. Qeyd etmək lazımdır ki, ARDNŞ ilə əməkdaşlıq etdiyi müddətdə həmin şirkət şəffaf və peşəkar fəaliyyət göstərib, neft satışı üzrə öhdəliklərinə vaxtlı-vaxtında əməl edib.

O da qeyd olunmalıdır ki, neft biznesində treydinq şirkətləri ilə çalışmaq beynəlxalq bazarın zəruri şərtidir və bu təcrübədən analoji fəaliyyət göstərən bütün şirkətlər istifadə edir. Treydinq şirkətləri dünya neft bazarının tənzimlənməsində mühüm rol oynayır. ARDNŞ əməkdaşlıq etdiyi bütün treydinq şirkətləri ilə yanaşı, dünya neft bazarını da ciddi şəkildə izləyir.

«ARDNŞ bəyan edir ki, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr çərçivəsində qazanılan nailiyyətlərdən, Şirkətin beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bir sıra daxili və xarici bədxah qüvvələrin hansısa naməlum blogger tərəfindən guya Azərbaycanın dövlət strukturlarının elektron məlumat bazasından ələ keçirildiyi iddia olunan bir neçə sənədin yayılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız açıqlamalarla çıxış etmələri Şirkətimizin işgüzar nüfuzuna və uğurlu neft biznesinə heç bir şəkildə təsir göstərə bilməz», - deyə məlumatda bildirilir.

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment