1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank tərəfindən “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi təsdiqlənib
19.12.2024

Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyinin və dayanıqlılığının təmin edilməsi məqsədilə bank sektorunun tənzimləmə və nəzarətini, o cümlədən makroprudensial siyasəti həyata keçirir. Makroprudensial siyasət çərçivəsinin təkmilləşdirilməsi və onun kommunikasiyasının genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi hazırlanıb. Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur.

Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub.

Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər fonunda təkmilləşdirilməsi davam edən bir prosesdir. Bu səbəbdən də çərçivə sənədində Mərkəzi Bank tərəfindən hazırda istifadə olunan alətlərlə yanaşı, gələcəkdə tətbiq oluna biləcək makroprudensial alətlərə dair məlumatlar da təqdim edilir.

Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi 2024-cü ilin dekabr ayında Pul siyasəti və maliyyə sabitliyi Komitəsində müzakirə olunaraq 12 saylı protokol qərarı ilə geniş ictimaiyyətə açıqlanması üçün təsdiq edilib.

Sənədi nəzərdən keçirmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi - https://uploads.cbar.az/assets/a416bd5767831ef5222712ecd.pdf

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment