Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır
18.12.2024
17 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 190,031,900.00 manat, repo faiz dərəcəsi 7.50%-8.00% təşkil edən bağlanılmış 10 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 7.50%, 1W AINAAO (6-8 gün) üzrə 7.78% ,1M AINA AO (29-32 gün) üzrə 7.70% təşkil etmişdir. Banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1W AINAIB (6-8 gün) üzrə 8.00% təşkil etmişdir.