1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib
18.12.2024

Mastercard tərəfindən dərc edilən məlumatlarCOP29-un Azərbaycan iqtisadiyyatına mühüm təsirini göstərir.

Ötən ay Bakıda keçirilmiş29-cu BMT İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın iqtisadi inkişafına mühüm təkan verərək əhəmiyyətli təsirlə yadda qalıb. “Mastercard Advisors” biznes konsultasiya xidməti tərəfindən hazırlanan və Mastercard-ın satış nöqtələri üzrə (POS) xərc məlumatlarına əsaslanan hesabatda COP29-un Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı əsas göstəricilər bu qlobal tədbir sayəsində əldə edilmiş böyük iqtisadi irəliləyişi nümayiş etdirir.

Turizm sektorunda rekord artım

COP29 həftəsində Azərbaycana turist axını 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 148% artıb. Bundan əlavə, bu rəqəm 2024-cü ilin F1 həftəsi ilə müqayisədə 16 dəfə çox olub və COP29-un qlobal səviyyədə marağa səbəb olduğunu göstərib.

Tranzaksiyaların həcmi və regional təsir

Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Belə ki, əməliyyatların ümumi dəyəri 236%, sayı isə 178% artıb. Paytaxt Bakıdan kənar bölgələrdə isə tranzaksiyaların həcmi 128% yüksəlib ki, bu da tədbirin ölkə üzrə böyük təsirini nümayiş etdirir.

Qonaqlama və iaşə sektorunun inkişafı

Qonaqlama və iaşə sektoru əsas COP29 dövründə yüksəliş əldə edən sahələr kimi fərqlənib. Mehmanxana və qidalanmaüzrə xərcləmələr 400%-dən çox artaraq əsas sənayelərə iqtisadi səmərələr gətirib. Böyük məbləğli əməliyyatlardada artım qeydə alınıb: 10 və 25 dollar dəyərindəki ödənişlər 200%-dən çox yüksəlib.

Qlobal turizm və xərcləmə trendləri

COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırıb. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçilər mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıblar. Eyni kateqoriyada Britaniya və Amerikadan olan ziyarətçilərinxərclədikləri vəsaitlər isə müvafiq olaraq 600% və 819% artım göstərib.

Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü yenidən nümayiş etdirir.

Mastercard haqqında

Mastercard dünyanın 200-dən çox ölkə və ərazisində iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birlikdə hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Geniş rəqəmsal ödəniş həllərini təşviq edərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlar, bizneslər və hökumətlərə öz potensiallarını maksimum şəkildə reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.

www.mastercard.com

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment