1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il
18.12.2024

Fəaliyyəti boyunca Azərbaycanın hər bölgəsində xeyirxahlıq işlərinə imza atan, minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondunun rəsmi fəaliyyətə başlamasından 4 il ötür. Fond ötən gün bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirib. 

Kapital Bank-ın nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Yusif Poladov açıb. O, çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanlarınmüdafiəsi” istiqamətlərində Fondun 2024-cü ilə dair hesabatını təqdim edib. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər də yer alıb.Belə ki, 2024-cü il ərzində Fonda 4505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 196 könüllünün iştirakı ilə 4 019 benefisiara dəstək göstərilib.

Tədbirin davamında Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova çıxış edərək Kapital Bank-ın korporativ sosial məsuliyyət strategiyasında Qırmızı Ürəklər Fondunun rolundan danışıb. “Qırmızı Ürəklər Fondunun ideyasıbir neçə əməkdaşın təşəbbüsü ilə yaranmışdı. 4 il çox uzun vaxt olmasa da Fond bu müddətdə ətrafına xeyli könüllü toplaya, böyüyə və cəmiyyətimiz üçün çox dəyərli işlərə imza ata bildi. Buolduqca əzmli və qürurverici yol oldu. Mən bu yolda bizimlə davam edən bütün könüllülərimizə, dəstək göstərən xeyirxah insanlara təşəkkürümü bildirirəm”. 

Tədbirdə həmçinin Fondun Himayəçilik Şurasının üzvü Günay Məssimova Fondun uğurlarında könüllülərin rolundan danışaraq onlara təşəkkürünü bildirib. 

Tədbir çərçivəsində Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermiş şirkətlər yeni təsis edilən “Red Hearts Award” mükafatı ilə təltif edilib. Mükafatlandırılanlar sırasında “PAŞA Həyat”, PAŞA Bank”, “PAŞA Investments”, “PashaPay”, “PAŞA Technology” və “PMD Group” şirkətləri də yer alıb. Eyni zamanda Fondun könüllülük fəaliyyətinə dəstək vermiş, layihələrdə təşəbbüsləri ilə fərqlənən könüllülərə və Kapital Bank-ın filial rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment