|
|
|
Digər xəbərlər | | | Dünya Bankının missiya heyəti ilə görüş keçirilib |
06.12.2024 | |
| |
Sahibkarlığın İnkişafı Fondunda (SİF) Maliyyə Sektorunun Müasirləşdirilməsi üzrə 3-cü Layihə (MSML-3) çərçivəsində Dünya Bankının missiya heyəti ilə görüş keçirilib.
Görüş çərçivəsində Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı məsələlər müzakirə edilib və Fondun dəstək mexanizmləri missiya heyətinə təqdim edilib. Bununla yanaşı, SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının artırılması istiqamətində Fond tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib.
|
|
|
|