1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyasına Baş katib təyin olundu
05.12.2024

Azərbaycan Sahibkarlar Konfederasiyasına Baş Katib Təyin Olundu

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub. Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

Konfederasiya prezidenti Məmməd Musayev bununla bağlı əməkdaşlarla keçirdiyi görüşdə Z.Hacılını təyinatı münasibətilə təbrik edib. M.Musayev təşkilatın ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması, dövlət-özəl dialoqunun inkişafı istiqamətində gördüyü işlərə toxunaraq icra aparatının gələcək fəaliyyəti ilə bağlı prioritetləri açıqlayıb. Z.Hacılı bu yüksək etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Ötən dövr ərzində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma, böhranlar zamanı cəmiyyətin idarəedilməsi, beynəlxalq protokol qaydaları, iqtisadi, siyasi, o cümlədən təbii və texnogen xarakterli böhranlar zamanı idarəetmə və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında Avropa təhlükəsizlik məsələləri üzrə Corc Marşal Mərkəzi, NATO məktəbi, Avropa Kolleci və digər beynəlxalq təşkilat və elmi tədqiqat mərkəzlərinin kurs, seminar və dinləmələrində iştirak edib, 40-a yaxın sertifikata layiq görülüb. Xidmətdə fərqləndiyinə görə müxtəlif vaxtlarda fəxri fərman, xidmətə görə döş nişanı və medallarla təltif edilib. Ziya Hacılı əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında başlayıb. Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəis müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb.

Ziya Hacılı 17 aprel 2024-cü il tarixindən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri vəzifəsində çalışırdı.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment