1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ –VIII Beynəlxalq Bankçılıq Forumu başa çatdı
05.12.2024

04 dekabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” VIII BEYNƏLXALQ BANKÇILIQ FORUMU başa çatmışdır.

İki gün davam edən Forumda bütün maraqlı tərəflər bir araya gələrək, yeni fikirlər, təcrübələrlə bölüşərək, öz məhsullararını təqdim edərək, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin inkişafı kimi mövzularınbirlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. 

Forumu giriş sözü ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov açıq elan etdi. Daha sonra açılış nitqləri iləTürkiyə Respublikası Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədr müavini Mustafa Aydın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlıvə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış etdilər.

Səkkiz paneldən ibarət Forumda, “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq”, “Bankçılıqda yüksələn trendlər və növbəti nəsil loyaliklik proqramları”, “Maliyyənin yeni hüdudu: ticarət idarəetməsi və kompozit bankçılıqda innovasiyalar”, “Rəqəmsallaşma və biznes proseslərinin gələcəyi”, “Ödənişlərin transformasiyası: beynəlxalq həllər və uyğunluq sahəsində innovasiyalar”, “Bankçılığın gələcəyi: məlumat əsaslı innovasiyalar və ekosistemin inkişafı”, “Rəqəmsal maliyyə ekosistemində proaktiv fırıldaqçılıq qarşısının alınması necə təşkil edilməlidir?” və “İnnovativ bankçılıq məhsulları üçün tənzimləmə prosesinin inkişafı” kimi mövzuları əhatə edəcək.

IBF 2024 aidiyyatlı dövlət qurumları, kommersiya bankları, fintexlər, assosiasiyalar, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirak edirlər. 

Ümumilikdə tədbirə iki gün ərzində 250-ə yaxın şirkət, 1500-ə yaxın yerli və xarici iştirakçı qatılmışdır.

Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir. 

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment