1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Düşənbədə SPECA üzrə tədbirlər keçirilib
04.12.2024

Düşənbədə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 19-cu sessiyası, 2024 İqtisadi Forumu və Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbədə SPECA Rəhbər Şurasının 19-cu sessiyası, SPECA 2024 İqtisadi Forumu və SPECA Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında iştirak edib.

SPECA Rəhbər Şurasının 19-cu sessiyası

SPECA Rəhbər Şurasının 19-cu sessiyasının açılışında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli qeyd edib ki, SPECA üzrə məqsədlərin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Proqram ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat, enerji, kənd təsərrüfatı və texnologiya kimi əsas sektorlarda fəal əməkdaşlıq buna misaldır.

Bildirilib ki, Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin asanlaşdırılması artıma əlverişli imkanlar yaradacaq. Diqqətə çatdırılıb ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və innovativ layihələrin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib. Bu addımlar regionda biznes fəaliyyətinin genişlənməsinə və investisiyaların artmasına töhfə verir. Tədbirdə SPECA işçi qruplarının, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) katibliklərinin Proqramla bağlı hesabatları dinlənilib, müzakirələr aparılıb. Tədbirdə ticarətin rəqəmsallaşdırılması, investisiyalar və digər sahələrdə regional əməkdaşlığı nəzərdə tutan “Düşənbə Bəyannaməsi” qəbul olunub.

SPECA 2024 İqtisadi Forumu

Proqramın əhatə etdiyi regionda yaşıl inkişafa həsr olunmuş SPECA 2024 İqtisadi Forumunda SPECA-nın hazırkı sədri - Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın çıxışında, UNESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbananın və UNECE-nin icraçı katibi Tatyana Molçanın videomüraciətlərində yaşıl inkişaf çağırışlarının öhdəsindən gəlmək üçün bölgədə dialoq və birgə təşəbbüslərin vacibliyi önə çəkilib. Bildirilib ki, Forum yüksək səviyyəli siyasi dialoq üçün platforma rolunu oynayır.

Qeyd edilib ki, Azərbaycan enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirir və bu istiqamətdə regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir sessiyalarla davam edib. Müzakirələrdə vurğulanıb ki, regionda iqlim çağırışları fonunda davamlı iqtisadi artım modellərinə keçid üçün enerji transformasiyası, resursların davamlılığı və innovativ strategiyaların tətbiqi zəruridir.

Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclası

SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında qeyd olunub ki, açılışı COP29 çərçivəsində elan edilmiş Fond iştirakçı dövlətlər arasında inkişaf proqramlarının birgə hazırlanması və həyata keçirilməsi üçün çevik və inklüziv maliyyələşdirmə mexanizmidir. Fond regionda dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlıq platforması rolunu oynayacaq. Qurum SPECA regionunda iqtisadi əməkdaşlığın təşviqi, davamlı inkişaf və inteqrasiya üçün stimul yaradılmasına xidmət edəcək.

İclasda Fondun fəaliyyətinə dair müzakirələr aparılıb.


 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment