1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı
29.11.2024

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na start verilib. Layihənin məqsədi yüksək bal toplayaraq ali məktəblərə daxil olan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Proqrama Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr pilləsində əyani təhsil alan, Azərbaycan Respublikasının vətəndaşı olan I kurs tələbələri müraciət edə bilərlər. Bununla yanaşı namizədlərdən ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 600 bal toplamaq, dərsdən kənar fəaliyyətlərdə aktiv iştirak etmək (könüllü, sosial fəaliyyət və s.) tələb olunur. Eyni zamanda proqramda aşağıdakı sosial kriteriyalardan birinə uyğun olan tələbələrin müraciətləri dəyərləndiriləcək. 

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

I, II vəya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər;

Hər iki valideyni (və ya tək valideyni) əlil, işsiz, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan şəxslər;

Proqramın seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Hər 3 mərhələni uğurla tamamlayan 23 tələbə 2024-2025-ci təhsilili ərzində aylıq 200 AZN məbləğində təqaüd almaq imkanı əldə edəcək.

Proqrama müraciət etmək üçün: https://t.ly/ROLxb

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər.Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyihədəfləyir.

Qeydedəkki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardım sevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment