Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində yüksəkixtisaslı tibb personalı tərəfindən yenidoğulmuş körpələrin və balaca pasiyentlərin sağlam və gümrah böyüməsi üçün həftənin 7 günü 24 saat fasiləsiz neonatoloji və pediatrik tibbi xidmətlər göstərilir.
Ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Gömrük Hospitalında yeni doğulan körpələrə beynəlxalq standartlara və protokollara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, təcili yardım, ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar, böyrək və qaraciyər transplantasiyası, uşaq cərrahiyyəsi və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.
Balaca pasiyentlərə həkim-pediatr müayinəsi ilə bərabər, otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, uşaq cərrahı tərəfindən də müayinələr həyata keçirilir. Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərə göstərilən tibbi xidmətlərlə yanaşı, valideynlərə uşağın sağlamlığı və inkişafı barədə vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.
Gənc analar yüksəkixtisaslı kadrların köməyi ilə uşağa qulluq vərdişlərinə yiyələnir və düzgün ana südü ilə qidalanma prinsiplərinə yiyələnirlər. Əgər ana nədənsə uşağı ana südü ilə qidalandıra bilmirsə, körpənin fərdi xüsusiyyətlərini nəzərə alaraq hər bir körpə üçün ayrıca seçilmiş süni qarışıqlardan istifadə edərək alternativ qidalanma üsullarından istifadə edilir.
Bu şöbədə valideynlər körpənin vəziyyəti, hər bir uşağın uyğunlaşma dövrünün xüsusiyyətləri, diaqnostik nəticələr və müalicə taktikası haqqında tam məlumat alırlar.
Vaxtından əvvəl doğulmuş yenidoğulmuşlara (hamiləlik müddəti 30-37 həftə) xüsusi diqqət verilir. Yenidoğulmuşların bu qrupu üçün xüsusi diaqnostik və terapevtik proqramlar istifadə olunur.
Hospitalın Pediatriya və Neonatologiya şöbəsində uşaqların fiziki inkişafının kontrol təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları, ilkin reanimasion tədbirlər, intubasiya, süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası, bütün növ ultrasəs müayinələri, rentgenoqrafiya və s. xidmətlər həyata keçirilir.
Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi
Dilara Zamanova