1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
19.11.2024

Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiya nazirinin müşaviri Bobur Raximov, Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyinin Aparat rəhbəri Hahmadou Bamba, Misirin kommunikasiya və informasiya texnologiyaları nazirinin baş müşaviri Hodoka Baraka və Qambiyanın Dövlət Xidmətləri, İnzibati İslahatlar və Siyasi Koordinasiya Nazirliyinin daimi katibi Pateh Jah "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlar 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası COP29 çərçivəsində “ASAN xidmət”in təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, burada tətbiq olunan innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.

Özbəkistan tərəfi ilə keçirilən görüşdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdindəki “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci ilin 15 dekabr tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulan tədbirlər, birgə fəaliyyət planları, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramları müzakirə edilib.

Misir tərəfi ilə keçirilən görüşdə isə mümkün əməkdaşlıq perspektivlərinin qurulması məqsədilə anlaşma memorandumunun imzalanması istiqamətində ilkin razılığa gəlinib.

Rəsmilər “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment