COP-29 çərçivəsində Qazaxıstanın "DAMU" Sahibkarlığın İnkişafı Fondu tərəfindən panel müzakirə keçirilib. “Dayanıqlı inkişafın maliyyə institutlarının təcrübəsinə tətbiqi. Yaşıl maliyyənin inkişafı” mövzusunda keçirilən müzakirədə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov davamlılıq prinsiplərinin maliyyə institutlarının strategiyalarına inteqrasiyasından bəhs edib və bu istiqamətdə Fondun təcrübəsini bölüşüb.