|
|
|
Fond birjası | | | Bakı Fond Birjası COP29 konfransında baş tutmuş panelə moderatorluq edib |
15.11.2024 | |
| |
14 noyabr 2024-cü il tarixində Bakı Fond Birjası COP29 konfransının Yaşıl Zonasında “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsi” mövzusunda baş tutmuş panel müzakirəsinə moderatorluq edib.
Panelin moderatoru Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov spikerlər Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Simone Pryce, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının Davamlılığın idarə edilməsi Departamentinin baş direktoru Yano Hiroko, Astana Yaşıl Maliyyə Mərkəzinin (AIFC) sədri Manas Gizhduaniyev və PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyevlə birgə bu regionlarda iqlim maliyyəsinin cari vəziyyətini və gələcək potensialını, davamlı investisiya, dövlət-özəl sektor tərəfdaşlığı və beynəlxalq əməkdaşlıq məsələlərini, iqlimə davamlılıq və uyğunlaşmanı dəstəkləmək üçün mövcud maliyyə mexanizmlərini müzakirə ediblər.
Tədbirin məqsədi beynəlxalq maliyyə qurumları və korporativ özəl sektorun nümayəndələrini bir araya gətirərək Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə iqlim fəaliyyətinə təkan vermək üçün problemləri, regional prioritetləri və maliyyə axınının artırılması yollarının müzakirəsini gündəmə gətirməkdir.
|
|
|
|