1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Təhsilin İnkişafı Fondu və QırmızıÜrəklərFondu arasında memorandum imzalandı
15.11.2024

Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Buna görə də cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu vaxtaşırı təhsilə dəstək layihələri ilə gündəmə gəlir. Bu layihələrdən biri də “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” ianə aksiyasıdır. Aksiya çərçivəsində sosial həssas qruplardan olan yüksək bal toplamış tələbələrə təqaüd verilir. 2023-2024-cü təhsil ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 25 tələbə bu imkandan yararlanma şansı əldə edib. 

Proqramın davamı olaraq təhsil sisteminin inkişafına yönələn layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədi ilə Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verərək, təqaüd layihələrinə hər zaman xüsusi diqqətin ayrıldığını bildirib. O, Fondun ilk layihələrindən birinin məhz “Hənifə Məlikova-Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının olduğunu, qızların sayının öncə 25, qısa müddət ərzində isə300-ə çatdığını vurğulayıb.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında Fondun artıq üçüncü ildir ki, sosial həssas qruplardan olan gənclərin təhsilini dəstəklədiyini qeyd edib. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı həyata keçirildiyi vaxt ərzində sosial dəstəyə ehtiyacı olan 51 tələbəyə təqaüd verilib. Proqramın əsas məqsədi savadlı və istedadlı gənclərin inkişaf etdirilməsi, onların maddi problemlərdən yayınıb şəxsi inkişaflarına fokslanmaları, gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarına dəstək olmaqdır”. 

Qeyd edək ki, Qırmızı Ürəklər Fondunun başlatdığı “Onu oxut” aksiyası çərçivəsində 2024-2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd veriləcək.

İanə etmək üçün:https://t.ly/zVOkJ

Qeyd edək ki, “RedHearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “RedHearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment