1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib
15.11.2024

Azərbaycanın aparıcı kommersiya banklarından olan AccessBank, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib. Bank təqdim etdiyi hesabatda şəffaflıq, sosial və ekoloji təsir, eləcə də davamlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayıb.

Hesabatda AccessBank-ın maliyyə dayanıqlığı sahəsində əldə etdiyi nailiyyətlər və strateji təşəbbüsləri təqdim edilib. Xüsusilə, davamlı və yaşıl maliyyələşdirmə, risklərin idarə edilməsi, sosial məsuliyyət və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi sahəsində atılan addımlar və təşviq edilən təşəbbüslər ön plana çıxarılıb.




Hesabatla daha ətraflı tanış olmaq üçünlinkə keçid edin: SustainabilityReport

Təqdimatdan sonra "ESG İnteqrasiyası: Yaşıl maliyyə və məsuliyyətli bankçılıq vasitəsilə dayanıqlı artımın təmin edilməsi" mövzusunda panel müzakirələri keçirilib. Müzakirələrdə spikerlər qismində AccessBank-ın İdarə Heyəti Sədrinin Müavinivə Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya ölkələrində özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz ölkələri üzrə regional rəhbəri Alkis Vriyenios Drakinos iştirak ediblər.

Beynəlxalq maliyyə institutlarının nümayəndələri AccessBank-ın şəffaf və dayanıqlı maliyyə hesabatlılığının tətbiqi sahəsindəki səylərini dəstəkləyib, təqdim edilən hesabatın yüksək səviyyədə hazırlanmasını qeyd edib və regionun maliyyə sisteminin inkişafı üçün bucür təşəbbüslərin vacibliyini vurğulayıblar. Bundan əlavə, maliyyələşmənin gələcək imkanları və subordinasiyalı kreditlərin maliyyə inklüzivliyinin artırılması istiqamətindəki əhəmiyyəti müzakirə edilib.

Hesabatın təqdim edilməsi AccessBank üçün səhmdarlar və tərəfdaşlar arasında etimadın gücləndirilməsi və davamlı inkişaf prinsiplərinin bankın strategiyasına inteqrasiyası baxımından mühüm bir addım olub.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment