1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank BMT-nin Qlobal Sazişinə qoşuldu: dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq
07.11.2024

Ölkənin birinci bankı Kapital Bank Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Bu mövzuda 5 noyabr 2024-cü il tarixində bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb. 

Memorandum bankın dayanıqlı inkişaf istiqamətində gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasına və bankın uzunmüddətli strategiyasının qlobal standartlara uyğun şəkildə inkişaf etdirilməsinə şərait yaradacaq. Bu haqda Fərid Hüseynov çıxışında qeyd edib. “Kapital Bank hər zaman insan hüquqlarının müdafiəsi, əmək standarlarının qorunması, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə prinsiplərini öz fəaliyyətində əsas hesab edib. Bu gün imzaladığımız memorandumla biz bu prinsiplərə bağlı olduğumuzu rəsmi olaraq da təsdiq edirik. Bizim üçün BMT-nin Qlobal Saziş şəbəkəsinə qoşulmaq yalnız bir öhdəlik deyil, həm də gündəlik fəaliyyətimizdə yaşatdığımız dəyərləri daha da möhkəmləndirmək məqsədi daşıyır”.

Samir Məmmədov isə çıxışında Kapital Bank-ın qlobal təşəbbüslərdə iştirakını olduqca yüksək qiymətləndirib. “Kapital Bank-ın bu prosesdə liderliyi həm ölkəmizdə, həm də beynəlxalq arenada dayanıqlı və məsuliyyətli bankçılıq standartlarının təbliğinə böyük töhfə verəcək. Bankınız bu əməkdaşlıqla beynəlxalq dəyərlərə və məsuliyyətli iş prinsiplərinə sadiqliyini təsdiqləyir. Eyni zamanda bu addım Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün olduqca vacibdir”. 

Yaşıl dünya naminə həmrəylik ili və COP 29 iqlim konfransı ərəfəsində baş tutan bu əməkdaşlıq həm milli, həm də qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bankın rəqəmsallaşma, yaşıl bankçılıq, təhsilə dəstək və sosial məsuliyyət sahələrində daha genişmiqyaslı layihələr həyata keçirməsinə imkan yaradacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment