1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Füzuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tibbi sosial aksiya keçirib
04.11.2024

2 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti”  və  “Avita” MMC şirkətinin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələrinin üzvləri və sakinlər üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş növbəti tibbi sosial xeyriyyə aksiyası keçirilib.Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının tibb personalı, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti”-nin nümayəndələri və Füzuli şəhərinin sakinləri iştirak ediblər.

Tədbirin rəsmi açılışı hissəsində çıxış edən  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bildirib ki, 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tibbi aksiyada Füzuli şəhərinin sakinlərinə, qazı və şəhid ailəsi üzvlərinə tibbi xidmətlərin göstərilməsi üçün yüksəkixtisaslı tibb heyəti və müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital ezam olunub. Tibbi aksiyaların vacibliyindən danışan rəis müavini İsmayıl Əfəndiyev qeyd edib ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində işğaldan azad olunmuş müqəddəs Füzuli torpağında gömrükçülər, Mərkəzi Gömrük Hospitalının həkimləri öz vəzifə borclarını yerinə yetirərək, ehtiyacı olan insanlar üçün müayinələr keçirəcək, lazım olan müalicələri təyin edəcək və müalicə əsasında resept üzrə yazılmış dərmanlar paylayacaqlar.

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri: Dr.Şəbnəm Əlirzayeva, Dr.Təranə Göyüşova, Dr.Nazilə Hüseynova, Dr.Mehriban Məmmədova, Dr.Lalə İbrahimova, Dr.Tükəzban Abdullayeva, Dr.Emin Allahverdiyev, Dr.Samir Mustafayev, Dr.Nigar Məmmədova, Dr.Vüsal Cəfərov, Dr.Aybəniz Zeynalova, Dr.Könül Həsənova və uroloq Elxan Qasımov Füzuli rayonunun sakinlərinə kardioloji, uroloji, endokrinoloji, pediatrik, radioloji, nevroloji, ginekoloji, oftolmoloji və cərrahi xidmətlər göstəriblər. Səhhətində problem aşkarlanan sakinlərə USM, EKQ, EXO və digər  tibbi avadanlıqlar vasitəsilə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Həmçinin, tibbi sosial xeyriyyə aksiyası zamanı müayinə keçən sakinlərə resept üzrə yazılmış dərman preparatları paylanılıb.  Ümumilikdə aksiyada  250 nəfərə tibbi xidmətlər göstərilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən  müxtəlif illərdə Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunun Horadiz şəhərində,  Zəngilanın Ağalı kəndində, Tərtərdə və rayonun Talış kəndində, Lənkəranda, Astarada, Yevlaxda  və digər regionlarda qazi və şəhid ailəsi üzvləri və əhali üçün sosial tibbi aksiyalar davamlı olaraq keçirilib.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment