|
|
|
Digər xəbərlər | | | İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir |
30.10.2024 | |
| |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti qanvermə aksiyası keçirilir. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyasında 900-dək əməkdaşın iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
|
|
|
|