30 və 31 oktyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün)
|
İSİN
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ (manat)
|
Nominal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2347024708
|
30.10.2024
|
2.000.000
|
100.000
|
20
|
27.11.2024
|
84
|
AZ2348024707
|
31.10.2024
|
2.000.000
|
100.000
|
20
|
23.01.2025
|
168
|
AZ2349024706
|
30.10.2024
|
2.000.000
|
100.000
|
20
|
16.04.2025
|
252
|
AZ2350024702
|
31.10.2024
|
2.000.000
|
100.000
|
20
|
10.07.2025
|
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.