|
|
|
Fond birjası | | | BOKT "Finans Kredit” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
28.10.2024 | |
| |
28 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit” MMC-nin ümumi buraxılış həcmi 300,000 (üç yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 29 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
BOKT "Finans Kredit” MMC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ2004023555
|
İstiqrazın növü və forması
|
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
|
Ticarət üsulu / forması
|
Kütləvi / Birqiymətli
|
İstiqrazın sayı
|
300 (ədəd)
|
İlkin ticarət qiyməti
|
1,000 manat
|
İstiqrazın buraxılış həcmi
|
300,000 manat
|
İllik gəlirlilik faizi
|
15%
|
Ödəmə Periodu
|
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30(otuz) gündən bir
|
Tədavül müddəti
|
24 ay
|
Ticarətə buraxılma tarixi
|
29.10.2024
|
Anderrayter
|
“CPM-İnvest İ.Ş” ASC
|
|
|
|
|