22 oktyabr 2024-cü il tarixində keçirilən Agile Azerbaijan International Summit böyük uğurla başa çatdı və 300-dən çox iştirakçını bir araya gətirdi. "Synergy in Action" mövzusu altında keçirilən tədbirdə məruzələr, panel müzakirələri və praktik məşğələlər təqdim olundu.
Əsas spiker Askhat Urazbaev Agile metodologiyasının inkişafı ilə bağlı çıxış etdi. Ardınca, Maxim Evdokimov (Kapital Bank, CPO) tərəfindən moderasiya olunan Leadership Panel baş tutdu. Burada Calal Orucov (PASHA Bank, İdarə heyətinin üzvü, COO), Samir Məmmədov (PashaPay, CEO) və Rüstəm Məmmədov (PASHA Life, COO) Agile-in biznesə təsiri ilə bağlı müzakirələr apardılar.
Tədbirdə dünya səviyyəli ekspertlər aşağıdakı mövzuları təqdim etdilər:
Magdalena Firlit - "From Gut Feeling to Informed Decisions in Product Management"
Maria Glonti - "Failing Forward: Power of Premortems in Agile Teams"
Anna Suvorova - "Overcoming Resistance in Agile Transformation and What is Next"
John Coleman - OKR-lar üzrə müzakirələr və seminarlar
Ahmet Ozcan və Murat Yurdakul - "QBR: Is It Enough to Drive Impact in an Ecosystem"
Sammitin xüsusi məqamlarından biri Kapital Bank-dan Samirə Əliyeva tərəfindən moderasiya olunan "Epic Agility: We Don’t Talk About That at Work" mövzusunda keçirilən Exchange Panel oldu. Burada Qismət Babayev, Şahnaz Nuri və Nərminə Əliyeva mühim mövzuları müzakirə etdilər.
AI və Agile proseslərinin inteqrasiyasına xüsusi diqqət ayrıldı. Dinesh Sharma "Leveraging AI for Enhanced Agility", Nəriman Əsədov isə "Transforming Banking: Our Journey to Implementing AI in Products" mövzularında çıxış etdilər.
Tədbir Trendyol-un Agile transformasiya təcrübəsini paylaşan Erhan Harmankaya-nın təqdimatı ilə yekunlaşdı. Sammit, iştirakçılara Agile innovasiyasını təşkilatlarında tətbiq etmək üçün yeni strategiyalar təqdim etdi.
Sammit Kapital Bank-ın eksklüziv sponsorluğu, PASHA Bank və PASHA Həyatın platin sponsorluğu, PashaPay-in gold sponsorluğu ilə keçirildi.
Daha çox məlumat üçün: https://agileazerbaijan.com/