|
|
|
Fond birjası | | | “GEOENGİNEERİNG” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır |
24.10.2024 | |
| |
24 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GEOENGİNEERİNG” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 25 oktyabr 2024-cü il tarixindən başlayaraq 29 oktyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində “GEOENGİNEERİNG” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 30 oktyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
|
“GEOENGİNEERİNG” ASC
|
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
AZ1001025548
|
Səhmlərin növü və forması
|
Səhm adi, sənədsiz, adlı
|
Ticarət üsulu/forması
|
Kütləvi/Abunə yazılışı
|
Səhmlərin sayı
|
9 (ədəd)
|
İlkin ticarət qiyməti
|
10 000 manat
|
Buraxılış həcmi
|
90,000 manat
|
Anderrayter
|
“Capital Partners İ.Ş” QSC
|
Ticarətə buraxılma tarixi
|
30.10.2024
|
|
|
|
|